Putin Nalbandyanı mükafatlandırdı

Putin Nalbandyanı mükafatlandırdı

Rusiya prezidenti Vladimir Putin Ermənistan Xarici işlər naziri Edvard Nalbandyanın “Dostluq” ordeni ilə təltif olunması barədə fərman verib.

Oxu.Az-ın məlumatına görə, müvafiq sənəd bu gün, avqustun 26-da, Kremlin rəsmi saytında yerləşdirilib.

“Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi böyük xidmətlərə görə Ermənistan Respublikasının Xarici işlər naziri “Dostluq” ordeni ilə təltif edilsin”, - sənəddə bildirilir.

0
9