Ukrayna Milli Aviasiya Universitetinin rektoru həbs olunub

Ukrayna Milli Aviasiya Universitetinin rektoru həbs olunub

Ukrayna Təhlükəsizlik Xidməti Ukrayna Milli Aviasiya Universitetinin rektor vəzifəsini icra edən şəxsi 170 min avro rüşvətə görə saxlanılıb.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolko bildirib.

“Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi ölkə prezidentinə rektor əvəzinin 170 min avro rüşvətə görə saxlanıldığı barədə məlumat verib”, - Tseqolko “Facebook” səhifəsində yazıb.

Mətbuat katibinin sözlərinə görə, əməliyyat Ukrayna Milli Antikorrupsiya Bürosu və Ukrayna antikorrupsiya prokurorluğu ilə birgə aparılıb.

0
18