“Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi - FOTO

“Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi - FOTO

Kompüter Oyunları Milli Assosiasiyası (AzKOMA) Azərbaycan Gənclər Fondunun (AGF) dəstəyi ilə “Mədəni irsimiz rəqəmsal dünyada” adlı layihə çərçivəsində texnologiyanın son nailiyyətlərinin köməyilə “Şəngülüm, şüngülüm, məngülüm” və “Yeddi nar çubuğu” nağıllarını hazırlayaraq balacaların ixtiyarına verib.

AzKOMA-dan Oxu.Az-a verilən xəbərə görə, hər iki nağıl azyaşlılara müasir informasiya-kommunikasiya texnologiyalarından və müasir qacetlərdən istifadə etməyi öyrətməklə yanaşı, həm də Azərbaycan xalqının mədəni irsi ilə tanış edəcək.

Rəngarəng illüsturasiyaların köməyilə hazırlanmış interaktiv folklor nümunələri balacaların dünyagörüşünün genişlənməsi, söz ehtiyatlarının zənginləşməsi və sərbərst düşünmə, təhlil etmə qabiliyyətinin formalaşmasında mühüm rol oynayacaq.

Sensor ekran imkanını dəstəkləyən iOS və Android mobil platformalarına uyğunlaşdırılmış xüsusi vizual effektli “Şəngülüm, şüngülüm, məngülüm” və “Yeddi nar çubuğu” nağılları həm də subtitrlərin köməyilə izləmək mümkündür.

“Mədəni irsimiz rəqəmsal dünyada” adlı layihə çərçivəsində hazırlanmış “Şəngülüm, şüngülüm, məngülüm” nağılını “Play Market” vasitəsilə https://play.google.com/store/apps/details?id=air https://play.google.com/store/apps/details?id=air linkləri ilə yükləyə bilərsiniz.

A.S.

0
26