İrandan corabında narkotik gətirən tutuldu

İrandan corabında narkotik gətirən tutuldu

Araşdırma aparılır.

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşının üzərində qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, yoxlama zamanı onun sol ayağındakı corabın içərisindən şəffaf sellofanda gömrük nəzarətindən gizlədilən, xalis çəkisi 5,81 qram olan psixotrop maddə - metamfetamin  aşkar  olunaraq  götürülüb.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”in I Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

0
13