Suriya bataqlığından qurtulmağın yolu: BATAQLIĞI QURUTMAQ

Suriya bataqlığından qurtulmağın yolu: BATAQLIĞI QURUTMAQ

İlqar Vəlizadə, siyasi ekspert

- Regionda baş verən proseslərdən bilinirdi ki, Türkiyə gec-tez Suriya məsələsinə bu şəkildə müdaxilə edəcək. Yəni, quru əməliyyatı planları əvvəldən var idi, ancaq məqam bu anda yetişdi.

- Suriya böhranından öncə də İran, İraq kimi dövlətlər kürd separatçlığına qarşı mübarizə aparırdılar, amma ortada vahid baxış yox idi. Çünki kürd məsələsi təkcə Türkiyə, yaxud Suriya problemi deyil. Bu, ümumilikdə region ölkələrinin problemidir. Bu məsələdə ən azı Suriya, Türkiyə, İran, İraq hakimiyyətləri eyni mövqedən çıxış edirlər.

- Baş verən proseslərin fonunda Türkiyənin Əsəd hakimiyyəti ilə bağlı kompromis fikir söyləməsi təbiidir. Türkiyə bu dövrdə Əsədin hakimiyyətdən getməsini tələb eləmir, onun keçid dövrü üçün hakimiyyətdə qalmasını məqbul hesab edir. Bu məsələdə kürd probleminə bütün tərəflərin eyni cür yanaşmasının da rolu var.

- Suriya düyünündə İsrailin, İranın və ərəb ölkələrinin də öz payı var. Düşünürəm ki, əgər qüvvələr nisbəti pozulsa, prosesə ərəb ölkələri də müdaxilə edəcək.

- Türkiyə Silahlı Qüvvələrinin Hələbə girməsi ilə bağlı çox fikirlər söyləmək olar, ancaq düşünmürəm ki, belə bir vaxtda Türkiyə Hələbə birbaşa müdaxilədə maraqlı olsun.

- Bu gün İŞİD-in Suriya cəbhəsində vəziyyəti stabildir və İŞİD-ə qarşı döyüşən qüvvələr arasında da birlik yoxdur. Ona görə də, İŞİD Suriyada hələlik İraqda olduğu kimi zəiflədilməyib. Yəni, Suriyada döyüşən qüvvələrin başı bir-birinə qarışdığından İŞİD kənarda qalıb.

- Terrorla mübarizənin necə olacağınıi proqnozlaşdırmaq olmur, terrorçuların metodları müxtəlif və ağlasığmazdır. Bu baxımdan, qardaş Türkiyə xalqı və müxalifəti həmrəy olub terrora qarşı birlikdə mübarizə aparmalıdırlar.

- Verilişinizin mövzusu "Türkiyə Suriya bataqlığında" adlanır. Maraqlıdır, Türkiyə bu bataqlıqdan qurtula biləcəkmi? Hesab edirəm ki, bataqlıqdan qurtulmağın yolu bu bataqlığı qurutmaqdır. Bataqlığı qurutmaq üçün isə birgə səylər lazımdır.

0
31