Salyanda yol tikintisinə 3,8 milyon milyon manat ayrıldı

Salyanda yol tikintisinə 3,8 milyon milyon manat ayrıldı

Azərbaycan Prezidenti Salyanda yol tikintisinə 3,8 milyon manat vəsait ayırıb.  Lent.az Azərtac-a istinadən bildirir ki, bununla bağlı verilən sərəncamda aşağıdakılar qeyd olunub:

"Beş min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 3,8 milyon (üç milyon səkkiz yüz min) manat ayrılsın.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etsinlər".

0
10