“Zeyəb Xanlarovanın səsi varmı ki, oxusun?"- Flora Kərimova

“Zeyəb Xanlarovanın səsi varmı ki, oxusun?"- Flora Kərimova

“O müğənni olmasına görə Ələkbər Tağıyevə borcludur”

“Zeyəb Xanlarovanın sənəti, səsi varmı ki, oxusun? Sənətdə olmasına görə o, Ələkbər Tağıyevə borcludur”.

Lent.az-ın bizimyol.info-ya istinadən məlumatına görə, bu sözləri  xalq artisti Flora Kərimova deyib. O, müğənni həmkarı, xalq artisti Zeynəb Xanlarova ilə münasibətlərindən danışarkən eyni zamanda bildirib ki, SSRİ xalq artistliyinə namizədlər arasında Zeynəb Xanlarovanın yox, başqa adamların adı var idi. “Sadəcə o elə şeylər etdi ki, vəziyyət onun xeyrinə dəyişdi. Ona çörəyi verən verib. Zeynəb Xanlarova hələ də o çörəyi yeyir”.

Flora Kərimova deyir ki, illər öncə onu aşağılayıb təhqir etmək istəyənlər arasında Zeynəb Xanlarova da var idi. “Cammatı öyrədib zəng elətdirirdi mənə. Məni təhqir edirdi onun adamları. İlhamə də bu yolu ondan öyrənmişdi”.

0
7