İlhamə Quliyevadan baş prokurora daha bir şikayət

İlhamə Quliyevadan baş prokurora daha bir şikayət

Mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov növbəti dəfə baş prokuror Zakir Qaralova müraciət edib.

Lent.az “Report”a istinadən xəbər verir ki, T.Hüseynov müraciətində həyat yoldaşının İlhamə Quliyevanın ərizəsi əsasında həbs edildiyini xatırladıb.

O, baş prokurora müraciətində M.Hüseynovanın hazırda 6 aydır ki, heç bir günahı olmadan həbsdə saxlanıldığını deyib: “Cənab baş prokuror, xahiş edirəm mənim ərizəmin araşdırılmasını şəxsən öz nəzarətinizə götürəsiniz. Sizdən baş vermiş hadisənin cinayət işi olub-olmamasına qiymət verməyinizi istəyirəm. Həyat yoldaşım Mehriban Hüseynova iş üzrə şikayətçi mərhum İlhamə Quliyevaya qarşı soyğunçuluq etməyib, onun pulunu ələ keçirmək və ya ona hər hansı bir zərər vurmaq niyyəti və məqsədi olmayıb, onun pulunu ələ keçirməyib”.



Qeyd edək ki, xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

0
32