İtaliyada zəlzələdə bacısını xilas edən qız özü öldü

İtaliyada zəlzələdə bacısını xilas edən qız özü öldü

Səkkiz yaşlı Culiya Renaldo dörd yaşlı bacısı Corciyanı qucaqlayaraq zəlzələdən qoruyub. Zəlzələ nəticəsində qızların yaşadığı bina dağılıb.

Oxu.Az Daily Mail-ə istinadən xəbər verir ki, balaca qızın bədənində kiçik sıyrıqları var, amma onu qoruyan bacısı ölüb.

Nənənin sözlərinə görə, Corciya Renaldonun sağ qalmasının yeganə səbəbi bacısının qəhrəmanlığıdır. Hazırda kiçik qız xəstəxanadadır, onun həyatı üçün heç bir təhlükə yoxdur.

Daha öncə, Peskar-del-Trontoda 17 saat dağıntılar altında qalan başqa bir qız xilas edilib.

Hazırda İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı 260-ı keçib. Yeraltı təkanlardan ən çox zərər çəkən Akkumoli, Amatriçe, Peskar-del-Tronto və Arkuata-del-Tronto şəhərləridir.

0
7