® “Nar”-ın rəsmi tərəfdaşı olan “İrşad Electronics” yeni mağazanın açılışını edib

® “Nar”-ın rəsmi tərəfdaşı olan “İrşad Electronics” yeni mağazanın açılışını edib

Açılış münasibətilə müxtəlif aksiyalara start verilib

25 avqust 2016-cı il tarixdə “Nar”-ın rəsmi tərəfdaşı olan “İrşad Electronics” mağazalar şəbəkəsinin yeni filialının açılış mərasimi keçirildi. Bakının Nizami rayonu ərazisində, Qara Qarayev prospekti 126 ünvanında yerləşən yeni mağaza “Xalqlar dostluğu” metro stansiyasının yaxınlığındadır. Açılış münasibətlə yeni mağazada xüsusi aksiyaya da start verilib. 31 avqust 2016-cı il tarixədək davam edəcək aksiya çərçivəsində alıcılar müxtəlif endirim və güzəştlərdən yararlanmaq fürsəti qazanıblar.

Qeyd edək ki, “Nar” və “İrşad Electronics” mağazalar şəbəkəsi arasındakı tərəfdaşlıq əlaqələri uzun illərdir ki, uğurla davam edir. Bu çərçivədə “Xalqlar dostluğu” filialından öncə fəaliyyətə başlamış son müştərək mağaza 1 iyun 2016-cı il tarixdə açılmış “Nərimanov” filialı olmuşdu.

“Nar” tarif və kampaniyaları haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

 
0
7