Türkiyədə avtobus 30 metrlik uçuruma aşıb: Ölənlər var

Türkiyədə avtobus 30 metrlik uçuruma aşıb: Ölənlər var

18 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Türkiyədə sərnişin avtobusu uçuruma aşıb. Qəza nəticəsində ən azı səkkiz nəfər ölüb, ölənlər arasında uşaqlar da var. 18 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və hazırda xəstəxanadadırlar. Avtobus sürücüsü dağ yolunda idarəetməni itirib.

Oxu.Az CNN-ə istinadən xəbər verir ki, qəza Türkiyənin cənubunda baş verib. Sərnişinlərin olduğu mikroavtobus 30 metrlik uçuruma aşıb.

Hadisə Hatay vilayətinin Yayladağı rayonunda yerli vaxtla saat 11:00-da baş verib. İlkin məlumata görə, sərnişinlərin əksəriyyəti Suriya vətəndaşlarıdır.

0
5