İtaliyada milli matəm elan edildi

İtaliyada milli matəm elan edildi

İtaliyada avqustun 24-ə keçən gecə ölkənin mərkəzində baş verən güclü zəlzələ qurbanlarının xatirəsinə milli matəm elan edilib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Şurasının mətbuat xidməti bildirib.

“Avqustun 27-də Askoli Piçonedə ölənlərin dəfnetmə mərasimi baş tutacaq, mərasimdə ali rəhbərliyin nümayəndələri də iştirak edəcəklər. Bununla yanaşı, Nazirlər Şurası milli matəm elan edir”, - Kici sarayının rəsmi bəyanatında deyilir.

Avqustun 24-də yerli vaxt ilə saat 03:36-da 6,0 maqnituda, daha sonra isə 5,4 maqnituda ilə təkanlar olub. Son məlumata görə, üç britaniyalı daxil olmaqla 268 nəfər ölüb, 387 nəfər xəsarət alıb, iki mindən çox adam evsiz qalıb.

0
8