PKK terrorçuları polis idarəsi önündə 5 ton bomba partladıb

PKK terrorçuları polis idarəsi önündə 5 ton bomba partladıb

Cizre rayonunda Çevik Polis İdarəsində terror partlayışının törədilməsi üçün neçə ton bomba istifadə edildiyi bəlli olub.

Lent.az-ın Türkiyə KİV- ə istinadən məlumatına görə, PKK-nın törətdiyi teraktda az 5 ton plastik partlayıcı qurğu ilə dəstəklənmiş amonium nitrat (gübrə) istifadə edildiyi təxmin edilir. Mikroavtobusun uzaqdan idarəedici ilə partladıldığı da deyilir.

Qeyd edək ki, baş verən terror zamanı 11 nəfərin öldüyü , 78 nəfərin yaralandığı deyilir. Yaralılar sırasında 7 aylıq körpə də var. Ölənlərin sayının artacağı gözlənilir.

0
5