Rusiyanın ən varlı qadını Lujkovun arvadıdır

Rusiyanın ən varlı qadını Lujkovun arvadıdır

“Forbes” jurnalı Rusiyanın ən varlı qadınlarının adlarını açıqlayıb.

Oxu.az xəbər verir ki, birinci yerdə Moskva şəhərinin keçmiş meri Yuriy Lujkovun həyat yoldaşı Yelena Baturina qərarlaşıb. Onun rəhbərlik etdiyi “Inteco Management” şirkətinin dəyəri 1,1 milyard dollar miqdarında qiymətləndirilir.

Siyahıda 2-ci yerdə olan milyarder Dmitri Rıbolovlevin keçmiş həyat yoldaşı Yelena Rıbolovlevanın sərvəti 600 milyon dollardır.

500 milyon dollarlıq sərvəti ilə “Wildberries” internet mağazasının sahibi Tatyana Bakalçuk 3-cü, 400 milyon dollarlıq sərvətə malik “Proqres-Kapital” investisiya şirkətinin Direktorlar Şurasının üzvü Olqa Belyavtseva 4-cü, 325 milyon dollarla “Sodrujestvo” şirkətinin sahibi Nataliya Lutsenko isə 5-ci yerdədir.

Siyahıya yeni qoşulan digər qadın milyarder Roman Abramoviçin keçmiş həyat yoldaşı İrinadır. O, 300 milyon dollarlıq sərvəti ilə 6-cı pillədədir. 7-ci yerdə Andrey Quryev xeyriyyə fondunun İdarə Heyətinin üzvü Yevgeniya Quryeva, 8-ci yerdə tennisçi Mariya Şarapova, 9-cu yerdə “InfoWatch” şirkətinin baş direktoru Natalya Kasperskaya, 10-cu sırada “Sibir” və “Qlobus” aviaşirkətlərinin əsas sahibi Nataliya Fileva dayanır.

Z.C

0
11