UEFA avroliqalarla bağlı dəyişiklikləri təsdiqlədi

UEFA avroliqalarla bağlı dəyişiklikləri təsdiqlədi

UEFA avrokubokların yeni formatı ilə bağlı qərar qəbul edib. Apasport.az saytının məlumatına görə, 2018/19, 2019/20 və 2020/21 mövsümləri ilə bağlı bir sıra yenilikləri planlaşdıran qurum qərarlarını rəsmiləşdirib.

Bütün maraqlı tərəflərlə müzakirələrdən, İcraiyyə Komitəsinin yenilikləri təsdiqləməsindən sonra Klub turnirlərinin keçirilməsi komitəsi qəbul olunan yenilikləri açıqlayıb.

UEFA-nın təsdiqlədiyi yeniliklər

1. Çempionlar Liqası və Avropa Liqasının qalibləri birbaşa qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində oynamaq hüququ qazanır. İndiki qaydalara əsasən, bu komandalar pley-offda oynaması mümkündü.

2. UEFA reytinqinin ilk 4 pilləsində qərarlaşan ölkələrin hərəsinin 4 komandası Çempionlar Liqasının qrup mərhələsindən mübarizəyə qoşulacaq.

3. Hər iki turnirdə ölkələrin təmsilçi sayı 2016-cı ilin sonunadək dəqiqləşdirilib,  təsdiqlənəcək.

4. Klubların reytinq siyahısında əmsallar yeni metodla hesablanacaq. Burada yalnız klubun öz nəticələri nəzərə alınacaq. İndiki kimi ölkə əmsalının 20 faizi şəxsi hesabına əlavə edilməyəcək. Amma klubun əmsalı ölkənin rəqəminin 20 faizindən aşağı olsa, həmin komanda şəxsi deyil, ümumi reytinqə görə qiymətləndiriləcək.

5. Avrokuboklarda qazanılan titullar əmsalların hesablanmasında nəzərə alınacaq və əlavə xal gətirəcək.

6. Hər iki turnirin mükafat fondu artırılacaq.

7. Mükafat fondu 4 pilləli sistemlə veriləcək. Burada iştirak, nəticələr, klubun əmsalı və qrupdakı nəticələr fərqli hesablanacaq.

UEFA-nın müzakirə edib, dəyişmədiyi qərarlar

1. Çempionlar Liqasında təsnifat mərhələlərində ölkələrin çempionları ilə çempion olmayanları yenə fərqli yollarla mübarizə aparacaq. Bu da bütün ölkələrin qitənin ən nüfuzlu klub turnirinin qrupuna düşmək şansını qoruyacaq.

2. Çempionlar Liqasında 32, Avropa Liqasında isə 48 komanda qrup mərhələsində oynayacaq.

0
10