“Xəzər”dəki veriliş bağlandı, aparıcısı işdən çıxdı - FOTO

“Xəzər”dəki veriliş bağlandı, aparıcısı işdən çıxdı - FOTO

Xəzər TV-də yayımlanan “Star life” maqazin verilişinin aparıcısı Sahibə Nəzərova işdən ayrılıb.

Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, sözügedən şou proqramı yayımdan qaldırılıb.

“Star life” verilişini isə “Xəzər maqazin” adlı proqram əvəzləyəcək.

S.Nəzərova “Qafqazinfo”ya açıqlamasında kanaldan getməsi barədə yayılan xəbərləri təsdiqləyib.

Aparıcı həftə içi hər gün ATV-də yayımlanacaq “Məryəm” adlı serialın baş rollarından birini ifa edəcək.

0
9