Azad Rəhimov Olimpiadanın keçiriləcəyi məkanı gəzdi - FOTO

Azad Rəhimov Olimpiadanın keçiriləcəyi məkanı gəzdi - FOTO

Gənclər və İdman naziri Azad Rəhimov 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi Bakı Kristal Zalında olub.

Oxu.Az Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirə hazırlıq işləri barədə məlumat verilib. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov arenanın mötəbər yarışa tam hazır olduğunu bildirib.

Görüş zamanı oyun zalı, mətbuat mərkəzi, konfrans və sərgi otaqlarına baxış keçirildikdən sonra olimpiadanın açılış mərasimi müzakirə edilib. İştirakçı komandalar Bakıya eyni vaxtda gələcəyindən onların hava limanında qarşılanması barədə danışılıb.

Qeyd edək ki, Bakı Şahmat Olimpiadasında 182 kişi, 142 qadın komandası mübarizə aparacaq. Mötəbər yarışın təntənəli açılış mərasimi sentyabrın 1-də Milli Gimnastika Arenasında olacaq.

0
8