Yeniyetmələrin törətdiyi cinayətlərin sayı açıqlanıb

Yeniyetmələrin törətdiyi cinayətlərin sayı açıqlanıb

2016-cı ilin I yarım ili üzrə Azərbaycanda yetkinlik yaşına çatmayanlar ümumilikdə 244 cinayət hadisəsi törədiblər.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsindən məlumat verilib.

Şöbədən bildiriblər ki, bu müddətdə avaraçılıq və dilənçiliklə məşğul olan 250 nəfər yetkinlik yaşına çatmayan şəxs aşkarlanıb. Küçə uşaqlarının sayı isə 12 olub.

0
5