Aygün Kazımova Almaniyada üç cangüdənlə gəzir - VİDEO

Aygün Kazımova Almaniyada üç cangüdənlə gəzir - VİDEO

Xalq artisti Aygün Kazımova ötən gün Almaniyaya yola düşüb.


Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, müğənnini Hamburq şəhərində "DAF BAMA Music Awards 2016" müsabiqəsinin kollektivi qarşılayıb. İfaçını üç cangüdən müşayiət edib. A.Kazımova daha sonra limuzinə minərək, otelə gedib. 

Mükafatlandırma mərasimi avqustun 27-də baş tutacaq. Mərasimin rəhbərliyi A.Kazımovanın “Azərbaycanın ən yaxşı qadın sənətçisi” nominasiyasında mükafat alacağını açıqlayıb.

İfaçı komandası ilə bir neçə aydır ki, Avropanın ən yaxşı arenaları siyahısına düşən "Barclayaard Arena"nın səhnəsində möhtəşəm şou göstərməyə hazırlaşır. A.Kazımova adıçəkilən beynəlxalq mükafatlandırma mərasiminə dəvət olunan ilk azərbaycanlı sənətçidir.

Dünya ulduzları ilə bərabər qırmızı xalıdan keçəcək xalq artisinin libasını modelyer Gulya Chagtex hazırlayıb. Sənətçinin stili üzərində isə Ruxa çalışıb.

"DAF BAMA Music Awards"da Aygün Kazımovanın prodüserliyini Gürcüstanın ən məşhur prodüser və pop ifaçılarından olan Stefane Mqrebrişvili edəcək.

0
245