Röya: Anam kasıbçılıqdan hər ayağıma fərqli corab geyindirərdi - VİDEO

Röya: Anam kasıbçılıqdan hər ayağıma fərqli corab geyindirərdi - VİDEO

Əməkdar artist Röya Ayxan müğənni atasının dostunun ona bəstələdiyi mahnını ifa edib və instaqramda izləyiciləri ilə bölüşüb.

Oxu.Az xəbər verir ki, ifaçı paylaşımı ilə bağlı maraqlı etiraf edib.

“Atamın bir dostu var idi. Allah rəhmət eləsin, adı Oktaydır. Mən dünyaya gələndə bu mahnını bəstələyib oxudular. Anam kasıbçılıqdan hər ayağıma fərqli corab geyindirərdi. Onlar da mənə “Corabı var, ala-bəzək”,- deyə oxudular. Amma “kiminin əvvəli, kiminin axırı” kimi bir məsəl var. Ona inanın, Allah böyükdür”, - deyə müğənni şərh yazıb.

0
22