Şuranın dəstəyi ilə “Qaranlıq yolçuları” adlı sənədli film çəkilir

Şuranın dəstəyi ilə “Qaranlıq yolçuları” adlı sənədli film çəkilir

Media İnkişaf Mərkəzin İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi “Dini radikallığa qarşı mübarizə sahəsində maarifləndirmənin mediada təşkili” adlı layihənin icrasına başlayıb. Birlikdən Lent.az-a verilən məlumata görə, layihə çərçivəsində dini radikalizm və onun törətdiyi fəsadlardan bəhs edən 35 dəqiqəlik “Qaranlıq yolçuları” adlı sənədli filmin hazırlanması nəzərdə tutulur.

Film hazırlanmış araşdırma materiallarının əsasında çəkiləcək. Artıq filmin çəkilişi ilə məşğul olacaq təşkilata müqavilə əsasında sifariş və ssenari təqdim edilib. Filmdə dünyada və xüsusilə də Azərbaycanın yerləşdiyi bölgədə dini radikalizm meylləri və onun fəsadları barədə faktlar və görüntülər yer alacaq, mövzu ilə bağlı mütəxəssislər danışacaq, habelə Azərbaycan Azərbaycan Respublikasının dini mühitdə yeritdiyi tolerantlıq siyasətinin faydaları təbliğ ediləcək.

0
7