Ağır xəstə olan Aşıq Azərə donor tapıldı

Ağır xəstə olan Aşıq Azərə donor tapıldı

Məşhur Azərbaycan aşığı, mərhum Aşıq Xanların oğlu, uzun müddətdir ağır xəstəliklə mübarizə aparan Aşıq Azər Xanlaroğluna qaraciyər əməliyyatı üçün donor tapılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, “Hepatit B” diaqnozu ilə 3 ildir ki, yataq xəstəsi olan Aşıq Azərə qaraciyərinin mütləq dəyişdirilməsi bildirilmişdir.

Nəhayət, aşığın Odessada yaşayan əmisioğlu donorluq etməyə razılıq verib. Hazırda donorun vacib sayılan bəzi kriteriyalara cavab verib vermədiyi araşdırılır.  Şərtlər uyğun gəlsə, yaxın zamanda əməliyyat keçiriləcək.

Qeyd edək ki, əməliyyat Mərkəzi Neftçilər Xəstəxanasında dövlət hesabına gerçəkləşdiriləcək.

0
11