"Beşiktaş" 3 ulduzu transfer edib- FOTOLAR

"Beşiktaş" 3 ulduzu transfer edib- FOTOLAR

Türkiyənin “Beşiktaş” klubu yeni transferlərlə diqqət çəkib.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, klub Çempionlar Liqasının qrup mərhələsində oynayacağı üçün heyətini gücləndirib. Klub “Fənərbaxça”nın sabiq futbolçusu, bu sezon İtaliyanın “İnter” klubuna transfer olan Caner Erkini bir illik kirayələyib.

Bundan başqa, klub “Mançester Siti”nin fransalı oyunçusu Samir Nasrini də bir illik icarəyə götürüb. Bununla da dayanmayan “Beşiktaş” “Porto”nun hücumçusu Vinsent Aboubakarı da bir illik kirayələyib.

0
7