Xoşqədəmin verilişinin adı yenə dəyişdi

Xoşqədəmin verilişinin adı yenə dəyişdi

Aparıcı Xoşqədəm Hidayətqızının verilişinin yeni anonsu yayımlanıb.

Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, “Xəzər” telekanalında efir gedəcək proqramın adı “Səni axtarıram araşdırmaçı-jurnalist Xoşqədəmlə” adlanacaq.

Veriliş yeni mövsümdən yayımlanmağa başlayacaq.

Qeyd edək ki, “Səni axtarıram” ilk dəfə ATV telekanalında yayımlanıb. Daha sonra X.Hidayətqızı telekanaldan qalmaqallı şəkildə ayrılaraq, ANS-ə keçib. Proqramın adı dəyişdirilərək “Xoşqədəmlə axtarıram səni” adlanmışdı.

0
18