Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlarınDETALLARI açıqlandı

Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlarınDETALLARI açıqlandı

İyulda Cenevrədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması üzrə işçi qrupunun iclası keçirilib.

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev APA-ya açıqlamasında bildirib ki, iclasda Azərbaycanın xarici ticarət rejimi müzakirə olunub: "Artıq bizim hansı öhdəlikləri üzərimizə götürməli olduğumuz məsələlər üzrə sənədlərin hazırlanması prosesi gedir.

İclas kifayət qədər aktiv keçdi. Həm ABŞ, həm də Aİ tərəfdən çoxsaylı suallar var idi. Hələlik onların suallarını məktub şəklində gözləyirik. Danışıqların növbəti mərhələsi müvafiq agentliklərin həmin suallara nə zaman cavab verməsindən asılıdır, biz də öz düzəlişlərimizi edəcəyik. Düşünürəm ki, növbəti işçi qrupunun görüşünə gələn ilin ortasından tez hazır olmayacağıq".

Nazir müavini ikinci ciddi məsələ olaraq kənd təsərrüfatı üzrə çoxtərəfli danışıqları qeyd edib: "Biz onlara 2013-2015-ci illəri əhatə edən yeni cədvəl təqdim etmişik. Cədvəllə bağlı xüsusi müzakirələr olmayıb. Suallar daha çox bizim kənd təsərrüfatına dəstəklə bağlı təkliflərimizə aiddir.

Biz hesab edirik ki ÜDM-in 10 faizini kənd təsərrüfatına istifadə edə bilərik. ÜTT yalnız 5 faizinə razıdır. Qazaxıstana isə onlar 8,5 faiz veriblər. Lakin biz bu istiqamətdə təkid etməyə davam edəcəyik. Biz indi onlardan kənd təsərrüfatının dəstəklənməsi üçün 1 milyard, işğalın başa çatmasından sonra həmin ərazilərdə kənd təsərrüfatının bərpası üçün də daha 1 milyard avro istəyirik.

Qazaxıstanla da ikitərəfli görüşlər keçirilib. Rusiya və Səudiyyə Ərəbistanı ilə isə əvvəl aparılan danışıqların davamı olaraq müzakirələr başlayıb".

0
13