“Qəbələ” Avropada mövsümün rekorduna şərik olub

“Qəbələ” Avropada mövsümün rekorduna şərik olub

“Qəbələ” Avropada mövsümün rekorduna şərik olub. Apasport.az saytının məlumatına görə, avrokubokların qrup mərhələsinə yüksələn 80 komandadan yalnız ikisi yarışa I təsnifat mərhələsindən başlayıb, bu qədər irəliləməyi bacarıb.

Maraqlıdı ki, ötən mövsümdə də yalnız iki komanda belə uğura imza atmışdı. Həmin vaxt bu rekorda şəriklərdən biri olan “Qəbələ” yenidən həmin nailiyyəti təkrarlayıb.

Roman Qriqorçukun yetirmələri növbə ilə “Samtredia” (5:1, 1:2), MTK (2:1, 2:0), “Lill” (1:1, 1:0) və “Maribor”u (3:1, 0:1) sıradan çıxarıb. Təmsilçimiz kimi, İsrailin “Makkabi” (Təl-Əviv) klubu da 4 mərhələ adlayıb.

Qeyd edək ki, ötən il “Qəbələ”nin rekorduna Norveç “Rusenborq”u şərik idi.

0
12