Türkiyədə partlayış: Yaralananlar var – VİDEO

Türkiyədə partlayış: Yaralananlar var – VİDEO

Türkiyənin Şırnaq vilayətinin Cizre rayonunda Çevik Polis İdarəsinə silahlı basqın olub.

Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, idarədə güclü partlayış törədilib.

Partlayış nəticəsində bina tamamilə dağılıb. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.

Hadisə yerinə 12 təcili tibbi yardım maşını, 2 helikopter və xilasetmə briqadaları, qonşu rayonlardan hərbçilər və polislər cəlb olunub. Hazırda ərazidə atışma səsləri eşidilir.

0
7