Avtobus çaya aşdı: azı 20 ölü

Avtobus çaya aşdı: azı 20 ölü

Nepalın mərkəzi hissəsində avtobus çaya aşıb, azı 20 nəfər ölüb, 17 nəfər xəsarət alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Himalayan Times” məlumat yayıb.     

Məlumata görə, Qaur-Pokaru marşrutu ilə hərəkət edən avtobusda 39 nəfər olub. Sürücü və konduktor itkin düşmüş hesab edilir.

0
10