Belçikada güclü partlayış, yaralananlar var

Belçikada güclü partlayış, yaralananlar var

Avqustun 25-dən-26-na keçən gecə Belçikanın Şima şəhərində güclü partlayış baş verib, idman kompleksi qismən uçub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində bir neçə nəfər  yaralanıb.

“Avenir” nəşri uçqun altında ölənlərin aşkarlanacağının istisna olunmadığını bildirib.

Hadisə yerinə aidiyatı qurumların əməkdaşları cəlb edilib.

Partlayışın səbəbləri hələlik məlum deyil.

0
8