Bank müştərilini girov götürmüş erməninin həbsi məsələsinə baxılacaq

Bank müştərilini girov götürmüş erməninin həbsi məsələsinə baxılacaq

Moskvanın Presnya Rayon Məhkəməsi  “Sitibank”ın filiallarından birində müştəriləri  girov götürmüş erməni əsilli sahibkar Aram Petrosyan barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxacaq.

APA-nın xəbərinə görə, bunu “RİA Novosti”yə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəhbərinin böyük köməkçisi Yuliya İvanova bildirib.

Qeyd edək ki, ötən gün müflisləşmiş ehtimal edilən erməni əsilli rusiyalı sahibkar Aram Petrosyan “Sitibank”ın Moskvadakı filiallarından birində bir neçə müştərini girov götürərək partlayış törədəcəyi ilə hədələyib. Danışıqlar nəticəsində Petrosyan girovların hamısını azad edib, sonra isə təslim olub.

Hücumdan əvvəl internetdə dərc etdiyi video çarxda  Aram Petrosyan müflisləşməsi səbəbindən avqustun 24-də rezonanslı cinayət törədəcəyini bildirib. O, müflisləşmənin Rusiyada artıq epidemiya xarakteri aldığını iddia edərək, Rusiya hökumətindən müflisləşmə problemi ilə məşğul olacaq dövlət orqanının yaradılmasını tələb edib.  

0
10