85 yaşlı model

85 yaşlı model

Amerikalı model Karmen Dell Orefis 85 yaşında olmasına baxmayaraq modellik edir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bir çox model 35-40 yaşlarında modellik karyeralarını bitirsələr də, Karmen 70 ildir sevimli peşəsinə davam edir.

İlk dəfə 15 yaşında “Vogue” jurnalı üçün fotosessiya çəkilən model, karyerası ərzində İrvinq Penn, Hleb Derujinski, Françesko Skavullo, Norman Parkinson və Riçard Avedon kimi məhşurlarla işləyib.

Model bir neçə dəfə estetik əməliyyat keçirdiyini də gizlətmir:

“Lakin nə estetika, nə də kosmetika insanın gözəl görüməsi üçün kifayət deyil. Önəmli olan bədənin və ağılın gözəl olmasıdır”.

Karmen ən yaşlı model olaraq “Ginnesin Rekordlar Kitabı”na düşməyi bacarıb.

0
9