Hərbi konvoy gülləbaran edildi, ölənlər var

Hərbi konvoy gülləbaran edildi, ölənlər var

Pakistanın Belucistan əyalətində naməlum silahlı şəxslər hərbi konvoyu atəşə tutub, nəticədə 6 nəfər ölüb, 2 nəfər yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Qvadar dairəsində baş verib. Ölənlərdən beşi hərbçi, biri isə vergi müfəttişidir, yaralılardan  biri zabit, digərisi isə sıravi əsgərdir.

İnsidentdə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

0
10