Terrorçular restorana hücum etdi, ölənlər var

Terrorçular restorana hücum etdi, ölənlər var

“Əş-Şəbab” terror qruplaşmasının üzvlərinin Somalinin paytaxtı Moqadişoda  restorana hücumu nəticəsində azı 6 nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  terrorçular “Lido” çimərliyində yerləşən restoranın qarşısında minalanmış avtomobili partlatdıqdan sonra hücuma keçərək atəş açmağa başlayıblar.   

İnsidentin təfərrüatları açıqlanmır.

0
10