Rəqib məşqçi: Ümid edirәm ki, “Qarabağ” “Mançester Yunayted”i dә udacaq

Rəqib məşqçi: Ümid edirәm ki, “Qarabağ” “Mançester Yunayted”i dә udacaq

Azərbaycanın “Qarabağ” klubu Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində İsveçin “Höteborq” komandasını 3:0 hesabı ilə məğlub edəərk mötəbər turnirin qrup mərhələsinə vəsiqə qazanıb.

Oxu.Az xəbər verir ki, matçdan sonra təşkil edilən mətbuat konfransında rəqib komandanın baş məşqçisi Yörgen Lennartsson jurnalistlər ilə oyunla bağlı fikirlərini bölüşüb:

“Qarabağ”ı qələbə münasibətilə təbrik edirəm. Rəqib yaxşı komandadır. Yaxşı oyunçuları var. Onlar bu gün qələbəyə layiq idilər. Oyuna yaxşı başlamışdıq. Lakin künc zərbəsindən sonra qapımızda qol gördük. Bundan sonra rəqibin qarşısını ala bilmədik.

Meydançanın pis vəziyyətə olmasına qaldıqda, hər iki komanda eyni şərtlər altında çıxış etdi. Bunu bəhanə etmirəm.

Əlbəttə, bu gün məğlub olduğumuza görə kədərliyəm. Ancaq yaxşı komandaya uduzduğumuzdan sevincliyəm.

Əslində belə nəticəni gözləmirdim. Qalib gəlmək istəyirdik, ancaq belə alındı. Ümid edirəm ki, komandanız qrup mərhələsində "Mançester Yunayted”ə rəqib olacaq və onu da udacaq (gülür).

0
13