Pan Qi Mun: "İŞİD-i internetdən məhrum etmək lazımdır"

Pan Qi Mun: "İŞİD-i internetdən məhrum etmək lazımdır"

BMT-nin baş katibi Pan Qi Mun dünyanın müxtəlif ölkələrindən on minlərlə insanın İŞİD terror qruplaşmasının sıralarına qatıldığını bildirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Pan Qi Mun BMT Təhlükəsizlik Şurasının iclasında deyib.  

“İŞİD-in İraq və Suriyada həyata keçirdiyi kampaniyaya dünyanın müxtəlif ölkələrindən 30 mindən çox insan qatıldı. Bu əcnəbi silahlılar qayıtdıqda, öz ölkələri ilə yanaşı digər ölkələrə də böyük təhlükə yaradır”, - deyə BMT-nin baş katibi qeyd edib.

Onun sözlərinə görə, İŞİD internet və sosial şəbəkələr vasitəsilə gəncləri radikallaşdırmaq və sıralarına cəlb etmək bacarıqlarına malik olduğunu nümayiş etdirib.

Pan Qi Mun qeyd edib ki, BMT-yə üzv olan ölkələr  İŞİD-in neft və qaz qaçaqmalçılığı vasitəsilə maliyyələşməsinin, mədəni irsə aid əşyaların satışının, pul tələb etmək məqsədi ilə insanların girov götürülməsinin və xaricdən maliyyələşdirilməsinin qarşısını almalıdırlar.   

BMT baş katibi həmçinin İŞİD terrorçularını gəncləri sıralarına cəlb etmək məqsədilə internetdən istifadə etmək imkanından məhrum edilməsinin vacibliyini qeyd edib.

0
16