“Qarabağ” Avropa Liqasının qrup mərhələsində!

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində!

Futbol üzrə Avropa Liqasında play-off mərhələsinin cavab oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, Azərbaycanın “Qarabağ” klubu Tofiq Bəhramov adına Respublika stadionunda İsveçin “Höteborq” komandasını qəbul edib.

Matç Qurban Qurbanovun yetirmələrinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı 19-cu dəqiqədə Rəşad Sadıqov açıb. Yeddi dəqiqə sonra Muarem Muarem ağdamlıların üstünlüyünü iki topa çatdırıb.

Qarşılaşmanın 51-ci dəqiqəsində isə Dani Kintana “Qarabağ”ın 3-cü qolunu vuraraq oyunda son hesabı müəyyənləşdirib.

Xatırladaq ki, İsveçdə keçirilən ilk matç “Höteborq”un minimal hesablı qələbəsi ilə bitmişdir.

Bununla da, iki oyunun nəticəsinə əsasən, Azərbaycanın “Qarabağ” klubu futbol üzrə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

0
12