Rusiyanın Baş Qərargah rəisi Ankaraya gedir

Rusiyanın Baş Qərargah rəisi Ankaraya gedir

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov avqustun 26-da Türkiyəyə səfər edəcək.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Baş Qərargahından bildirilib.  

Məlumata görə, Gerasimovun rəhbərlik etdiyi Rusiyanın yüksək rütbəli hərbçilərindən ibarət nümayəndə heyəti sabah 11.00 radələrində Ankarada olacaq.

Valeri Gerasimovun Türkiyənin Baş Qərargahının rəisi Hulusi Akarla görüşəcəyi bildirilir.

0
12