ABŞ HHQ “Fərat qalxanı” əməliyyatına dəstək verirlər

ABŞ HHQ “Fərat qalxanı” əməliyyatına dəstək verirlər

ABŞ-ın HHQ Suriyanın şimalında “Fərat qalxanı” əməliyyatını dəstəkləyirlər.

Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, Pentaqonun nümayəndəsi Adrian Ankin-Hallouey Amerika aviasiyasının Cerablus sərhəd rayonunda “İslam dövləti” (İŞİD) terror təşkilatına qarşı əməliyyatda iştirakını təsdiqləyib.

“ABŞ HHQ-nin pilotsuzları və təyyarələrinin əməliyyatda iştirak etməsini təsdiqləyə bilərəm”, - o qeyd edib.

Bununla yanaşı o qeyd edib ki, İŞİD-ə qarşı beynəlxalq koalisiya öz əməliyyatlarını Rusiyanın HHQ ilə koordinasiya etmir.

“ABŞ və Rusiya arasında Suriyanın hava məkanında uçuşların təhlükəsizliyinin təmin edilməsinə dair razılaşma mövcuddur”, - Pentaqon nümayəndəsi bildirib.

0
6