Britaniya deputatları: Sosial şəbəkələr terrorun təbliğatı ilə məşğuldurlar

Britaniya deputatları: Sosial şəbəkələr terrorun təbliğatı ilə məşğuldurlar

Britaniya polisi gündəlik olaraq internetdən 300-ə yaxın ekstremist məzmunlu material silir.

” şirkətləri terrorçuların internet servislərdə apardığı təbliğatla mübarizə aparmır.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniya Parlamentinin daxili işlər üzrə komitəsinin hesabatına deyilir.

Millət vəkillərinin fikrincə, sosial şəbəkələr və digər internet-servislər ekstremist və terror qruplaşmaların “təbliğatı və yeni üzvlərin toplanması üçün platformaya çevrilib”.

“Milyardlarla gəliri olan ” kimi şirkətlər terrorçuların internet servislərdə apardığı təbliğatla mübarizə etmirlər. Onlar milli hüquqi statusun arxasında gizlənərək bu mübarizədə məsuliyyəti başqalarının üzərinə qoyurlar”, - deyən Britaniya Parlamentinin daxili işlər üzrə komitəsinin sədri Kit Vaz, sadalanan şirkətlərin “saytlarının terrorçular tərəfindən istifadə edildiyini” bildiklərini də qeyd edib.

Siyasətçinin fikrincə, Britaniya hökuməti İŞİD-in sərəncamında olan təbliğat maşını ilə mübarizə üçün effektiv tədbirlər hazılamalıdır.

Hesabatda Britaniya polisinin gündəlik olaraq internetdən 300-ə yaxın ekstremist məzmunlu material sildiyi qeyd edilib.

0
6