Tərtərdə ev yanıb

Tərtərdə ev yanıb

Tərtər rayonunda ümumi sahəsi 120 m2 olan birmərtəbəl 4 otaqlı evin çardağının yanar konstruksiyaları 40 m2 və 1 otağının tavanı 20 m2 (ümumi 60 m2) sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az–a verilən məlumata görə, hadisə Tərtər rayonunun Seydimli kəndində baş verib.

Verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 15:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

0
4