Kaliforniyada müəllimlərin silah gəzdirməsinə icazə verildi

Kaliforniyada müəllimlərin silah gəzdirməsinə icazə verildi

ABŞ-da orta məktəblərdə yeni tədris ilinin başlaması ilə Kaliforniya ştatında yeni qayda qüvvəyə minib. Bu qaydaya görə, müəllimlər və digər məktəb əməkdaşları özləri ilə tapança gəzdirə biləcəklər.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunun üçün gizli silah daşımağa icazə verən lisenziya olmalıdır.

Yeni qərara görə, Kaliforniyanın bir neçə məktəbində müəllimlər və digər məktəb əməkdaşlarına özləri ilə tapança gəzdirməyə icazə veriləcək. Ümumilikdə tədris müəssisəsində beş silahlı əməkdaş ola bilər. Onların gizli silah gəzdirməyə dair lisenziyaları olmalı, eləcə də silahla istifadə kursları keçməlidirlər.

0
3