Prezident avtomobil yolunun tikintisinə pul ayırdı

Prezident avtomobil yolunun tikintisinə pul ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad rayonunun Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad- Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, sənədə əsasən, iyirmi min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 6,2 milyon (altı milyon iki yüz min) manat ayrılıb.

Maliyyə Nazirliyinə və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

0
9