“Liverpul” fantastik oyunda “Borussiya”nı üstələdi - VİDEO

“Liverpul” fantastik oyunda “Borussiya”nı üstələdi - VİDEO

Həlledici qol matça əlavə edilmiş dəqiqələrdə vurulub.

Avropa Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında “Liverpul” doğma “Enfilddə” dramatik matçda Dortmundun “Borussiya” klubunu 4:3 hesabı ilə məğlub edib.

Oxu.Az xəbər verir ki, artıq 9-cu dəqiqəyə almanlar hesabda iki top irəli çıxıblar - Mxitaryan və Obameyanq fərqlənib.

İkinci hissənin əvvəlində Divok Oriqi bu qollardan birinin əvəzini çıxıb, lakin 57-ci dəqiqədə Marko Roys hesab arasındakı fərqi yenidən iki topa çatdırıb.

Mersesaydlılar 66-cı dəqiqədə Fillippe Koutinyo, 77-də isə Mamadu Sakonun qolları ilə oyunda tarazlığı bərpa ediblər. Artıq matça əlavə edilmiş dəqiqəlrədə isə Deyan Lovren “Liverpul”un qələbə topunu vurub.

“Liverpul” ilə yanaşı yarımfinalda həmçinin Donetskin “Şaxtyor” və İspaniyanın “Sevilya” və “Vilyarreal” klubları da mübarizə aparacaqlar.

0
21