Selahettin Demirtaş haqqında cinayət işi açıldı

Selahettin Demirtaş haqqında cinayət işi açıldı

Türkiyə Xalqların Demokratik partiyasının ( HDP ) sədri Selahettin Demirtaş haqqında cinayət işi açılıb.

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, 2011-ci ildə Adanadakı çıxışlarından birində terror təşkilatının təbliğatını apardığı iddia edilən HDP sədri Demirtaş haqqında hazırlanan ittihamnamə qəbul edilərək barəsində cinayət işi açılıb.

Bildirək ki, bu ittihamnaməyə əsasən Dəmirtaşı 5 illik həbs cəzası gözləyir.

İlk məhkəmə 17 noyabrda keçiriləcək.

0
8