Faiq Ağayev müsabiqə elan edib

Faiq Ağayev müsabiqə elan edib

Xalq artisti Faiq Ağayev müsabiqə elan edib. Lent.az-ın məlumatına görə, bu barədə estrada ulduzu sosial şəbəkədə bildirib. Xalq artisti yeni “Uşaq kimi” adlı hitini ən yaxşı oxuyanlar arasında yarışma təşkil edəcək. Yarışmada yalnız həvəskar dinləyicilər iştirak edə bilər. Bunun üçün “Uşaq kimi” mahnısını oxuyub Faiq Ağayevə yollamaq kifayətdir. Qalib gələn müğənni tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırılacaq.

Qeyd edək ki, bütün radio dalğalarında səslənən yeni “Uşaq kimi” mahnısının musiqisi və aranjemanı Rabil Səfərli, sözləri Rauf Sübhi, mix-masteri Givi Usenaşviliyə məxsusdur. Qeyd edək ki, “Uşaq kimi” qısa müddət ərzində ən çox dinlənilən mahnılar sırasına başçılıq edir.

0
11