Van Dam Zabit Səmədovu təbrik etdi

Van Dam Zabit Səmədovu təbrik etdi

“Bu gün Hollivud ulduzu, əfsanəvi döyüşçü Jan Klod Van Dam Qroznı şəhərində Çeçenistanın keçmiş prezidenti Əhməd Hacı Kadırovun xatirəsinə həsr olunan peşəkar kikboksinq turnirində kikboksinqin “WBC Muay Thai” versiyası üzrə dünya çempionu adını qazanan, dəfələrlə dünya və Avropa çempionu olan, peşəkar kikboksinq üzrə müxtəlif yarışların qalibi, həmyerlimiz Zabit Səmədova zəng edərək qələbə münasibətilə təbrik edib”.

Oxu.Az xəbər verir ki, bu sözləri teleaparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə yazıb.

“Qardaşım Zabit, sən bunu bacardın. Əhsən sənə. Afərin. Uğurların daha da çox olsun. Sənin tez bir zamanda Azərbaycanda keçirilən döyüşünü canlı izləmək mənə nəsib olsun”. Bu sözləri Van Dam dedi, mən də tərcümə etdim”, - deyə Hacı Nuran bildirib.

0
9