70 manata görə 8 il müddətinə həbs olundu

70 manata görə 8 il müddətinə həbs olundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Azad Camalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az APA-ya ustinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A.Camalov 8 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A.Camalov Bakı şəhər sakini Ramidə Məmmədovanın 70 manatını və sənədlərini soyğunçuluq yolu ilə ələ keçirib.

0
17