Vahid Nəzərov Nizami Paşayevin ittihamlarına cavab verdi

Vahid Nəzərov Nizami Paşayevin ittihamlarına cavab verdi

Azərbaycanın ağırlıqqaldırma üzrə ikiqat dünya və Avropa çempionu Nizami Paşayev olimpiadada (2008-ci il) dopinq-testdən keçə bilmədiyinə dair Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi açıqlamasına münasibət bildirərkən Vahid Nəzərovu günahlandırıb. N.Paşayev V.Nəzərovun keçmiş baş məşqçi Əfsət Əfsətovu uzaqlaşdırıb həmin posta özünün gəldiyini deyib.

Oxu.Az xəbər verir ki, Milli komandanın sabiq baş məşqçisi, SSRİ idman ustası, olimpiya dərəcəli hakim Vahid Nəzərov Nizami Paşayevin ittihamları ilə bağlı AzNews.az-a danışıb:

“2006-cı ildə Nizami Paşayev Polşadakı Avropa çempionatında dopinqə düşərkən baş məşqçi mən deyildim. Bundan əlavə Nizami Paşayev Pekin olimpiya oyunlarına hazırlaşanda mənim komandamda olmayıb. Çünki o, həmin vaxt cəzalı idi.

Nizaminin özü tək hazırlaşırdı. Mənim ixtiyarım yox idi, onu komandanın tərkibinə qaytarım. Beynəlxalq federasiya tərəfindən cəzalanmışdı.

Mən sizə sübutlarla danışıram. Paşayev dopinqə düşəndə baş məşqçi Əfsət Əfsətov idi. Paşayev 2006-cı ildə dopinqə düşdü və 2 il cəzalandı.

2008-ci ilin iyul ayına qədər cəzası davam edirdi. 20 gün qalmış isə mən onu komandaya qəbul etdim. Yenə deyirəm o zaman da onu mən hazırlamamışdım, 20 gün qalmış komandanın tərkibinə qatılmışdı”.

Bizdə 2010-cu ilə qədər nə dopinq məsələsi var idi, nə də başqa pozuntular. Öz axarı ilə gedirdi. Balgarlar gətiriləndən sonra bu problemlər yarandı.

0
12