Türkiyə Suriyaya neçə əsgər göndərib? - DƏQİQ RƏQƏM

Türkiyə Suriyaya neçə əsgər göndərib? - DƏQİQ RƏQƏM

Türkiyənin Suriyaya göndərdiyi hərbi qüvvələrin  sayı açıqlandı.

Lent.az-ın “Hüriyyət” ə istinadən məlumatına görə, hazırda Suriyada 200 mexanikləşdirilmiş birlik və 150 xüsusi təyinatlı əsgər olmaqla, ümumilikdə 350 hərbçi İŞİD-ə qarşı hərbi əməliyyatları davam etdirir.

Əraziyə yeni türk tanklarının göndərildiyi deyilsə də, bunun sadəcə bir şayiə olduğu və əvvəl də olduğu kimi 15-20 tankın əməliyyatda iştirak etdiyi bildirilir.

Suriya səmalarında hazırda ümumilikdə Türkiyənin 17 hərbi təyyarəsi mövcuddur.

Hərbi əməliyyatların tez bir zamanda bitəcəyi deyilsə də, nə vaxt bitəcəyi dəqiq bilinmir.

0
11