Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

Bakı və Abşeron yarımadasında avqustun 26-da hava şəraiti yağmursuz keçəcək, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Bu barədə məlumat Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilib.

Məlumata görə, havanın temperaturu yarımadada gecə 21-25, gündüz 31-36, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75%, gündüz 35-45% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Lakin səhər və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

0
8